ATƏT nümayəndəsi: “Media sahəsində Azərbaycanla konstruktiv əməkdaşlıq edirik”

ATƏT nümayəndəsi: “Media sahəsində Azərbaycanla konstruktiv əməkdaşlıq edirik” Azərbaycanla ATƏT media sahəsində konstruktiv əməkdaşlıq edirlər.
Media
26 Aprel , 2022 17:17
ATƏT nümayəndəsi: “Media sahəsində Azərbaycanla konstruktiv əməkdaşlıq edirik”

“Azərbaycan və ATƏT media sahəsində konstruktiv əməkdaşlıq edir”.

“Report” xəbər verir ki, bunu ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro dezinformasiyanın artması və onun media sahəsinə təsiri mövzusunda ADA Universitetində keçirilən dəyirmi masada deyib.

T.Ribeyronun sözlərinə görə, onun ofisi media azadlığının inkişafında Azərbaycana dəstək verməyə hazırdır.

Müasir dünyada dezinformasiyanın artması problemindən danışan ATƏT nümayəndəsi dezinformasiyanın cəmiyyət üçün təhlükə olduğunu, etimada xələl gətirə və hətta ölkələr arasında münasibətlərə təsir edə biləcəyini qeyd edib.

“Bu gün müasir texnologiya sayəsində hər kəs məlumatı tez əldə edir. İnsanlar sosial şəbəkələrdə gördüklərinə inanır, sonra onu başqalarına ötürür və bununla da dezinformasiyaların sayı artır. Auditoriya sosial şəbəkələrdə gördüklərinə inanmağa meyllidir. Bu yolla dezinformasiya yaxşı jurnalistə olan inamı məhv edir, eləcə də onlara qarşı hücumlara səbəb ola bilər”, - T.Ribeyro bildirib.

O, dezinformasiyaya qarşı mübarizəyə çağırıb və bu baxımdan media azadlığının vacibliyini və medianın işini məhdudlaşdıran senzuranın yolverilməzliyini vurğulayıb.

Onun sözlərinə görə, qanunvericilik bazası jurnalistlərin fəaliyyətini qorumalı və bununla da onların azad olmasına imkan verməlidir.

Son xəbərlər

Orphus sistemi