İlk xəbər saat 16:10-da verilib
“ANS Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti, tanınmış jurnalist Seyfulla Mustafayev yeni şirkət yaradıb.
“Report” xəbər verir ki, söhbət “İNS ÇM” MMC-dən gedir.
Yeni kommersiya qurumunun adı 2016-cı ilin iyul ayına qədər adı çəkilən holdinqin tərkibində fəaliyyət göstərmiş Milli Qəhrəman Çingiz Mustafayev adına “ANS ÇM” radiosunu xatırladır.
Vergilər Nazirliyinin məlumatına görə, “İNS ÇM” noyabrın 12-də dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 174, mənzil 62, nizamnamə kapitalı 100 manatdır.
***
"Report"a açıqlama verən S.Mustafayev bildirib ki, yeni şirkətin yaradılmasında məqsəd sözügedən müsabiqədə iştirak etmək və tezliyi əldə edərək yenidən radio fəaliyyətinə başlamaqdır.