Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi foto və məqalə müsabiqəsi elan edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi foto və məqalə müsabiqəsi elan edib Hər iki müsabiqənin qalibləri mükafatlandırılacaq
Media
24 Yanvar , 2017 11:05
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi foto və məqalə müsabiqəsi elan edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İslam ölkələri: qadınlarının inkişafı” adlı foto müsabiqə və “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edib.

Bu barədə “Report”a Komitədən məlumat verilib.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar “İslam ölkələri: qadınlarının inkişafı” adlı foto müsabiqədə iştirak etmək üçün iştirakçılar fevralın 15-nə qədər [email protected] elektron ünvanına doldurmuş anket (iştirakçı haqqında məlumat, əlaqə nömrəsi), müsabiqədə iştirak edən foto şəkil sayı: 1 – 5 ədəd, şəkillərin elektron forması 800 – 1500 px təşkil olunmalı və JPEG ,TİFF və ya RAW formatda təqdim edilə bilər.

Foto müsabiqəyə təqdim olunan işlər Komitənin 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirində nümayiş olunacaq. Müsabiqənin qalibləri mükafatlandırılacaq.

Eyni zamanda, Dövlət Komitəsi ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 30-na qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq məqalələr arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır.

Məqalələr Azərbaycan və rus dillərində təqdim oluna bilər. Müsabiqənin qalibləri mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi