ADU-nun tələbələri Report Media Məktəbinin qonağı olublar

ADU-nun tələbələri Report Media Məktəbinin qonağı olublar Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dilində jurnalistika üzrə təhsil alan bir qrup tələbəsi Report Media Məktəbinin qonağı olub.
Media
11 Noyabr , 2021 18:16
ADU-nun tələbələri Report Media Məktəbinin qonağı olublar

Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dilində jurnalistika üzrə təhsil alan bir qrup tələbəsi Report Media Məktəbinin qonağı olub.

Görüşdə iştirak edən ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva müasir jurnalistikada xəbər hazırlamağın əhəmiyyətini vurğulayıb:

“Report” informasiya agentliyi ölkədə ilkin xəbəri hazırlayan ən mühüm qurumlardan biridir. Bu görüşdə tələbələr həm də informasiyanın haradan əldə edildiyi barədə məlumat alacaqlar. Vaxtilə Report Media Məktəbində qazandığım təcrübəyə əsasən deyə bilərəm ki, bu mətbəxdə öyrəniləsi çox nüans var”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu gənc jurnalistlərlə görüşdə bildirib ki, xəbərin hansı mənbədən alınması onun ilk növbədə etibarlılığını artırır:

“Hər məlumata inanmaq olmaz, çünki internetdə gəzişən xəbərin bir çoxu feykdir. Bir doğru xəbərlə yanaşı bir neçə yalan xəbər yaşayır. Özü də feyk xəbərin həyatı daha uzun olur, bir platformadan digərinə keçdikdə daha da maraqlı formalar alır. Agentlik olaraq “Report” informasiyanı dəfələrlə yoxlamalı olur”.

İsmayıl Rafiqoğlu xəbərin haradan alındığı barədə də danışıb:

“Bu gün informasiyanın əldə edilməsi prosesi xeyli asanlaşıb. Elektron ünvan, sosial şəbəkə, müxtəlif mesencerlərdən yüzlərlə xəbər gəlir. Bu axından doğru-düzgün baş çıxarmaq özü qəhrəmanlıq tələb edir. Jurnalist bəzən adi vətəndaşdan gələn bir şikayət məktubunu bir neçə gün araşdırmalı olur. Operativ və etibarlı xəbər paylaşmaq xüsusi məharət tələb edir”.

Son xəbərlər

Orphus sistemi