Yuxarı

Vitali Kliçko "Eurovision" müsabiqəsində Rusiya nümayəndəsinin iştirakı məsələsini şərh edib

Vitali Kliçko "Eurovision" müsabiqəsində Rusiya nümayəndəsinin iştirakı məsələsini şərh edib
Rusiya tərəfinin başqa ifaçı seçmək imkanı var

Bakı. 13 aprel. REPORT.AZ/ Kiyevdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiya nümayəndəsinin iştirakı siyasiləşdirilir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko bildirib.

"Rusiya nümayəndələrinin iştirakı məsələsinə gəlincə, bu, bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Çox təəssüf ki, məsələ siyasiləşdirilir. Hər bir ölkənin öz qanunları var, onları pozmaq olmaz. Rusiya tərəfinin başqa ifaçı, Ukrayna qanunları pozmayan birini seçmək imkanı var. Məsələnin siyasi tərkibinə gəlincə, Rusiya, çox təəssüf ki, ifaçının Ukrayna qanunlarını pozduğunu bilə-bilə onu seçdi", - V.Kliçko vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi