Rusiya telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

Rusiya telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb Proqram Azərbaycanın turizm imkanlarından bəhs edir
Mədəniyyət siyasəti
26 Fevral , 2015 16:02
Rusiya telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Rusiyanın "Rossiya-1" televiziya kanalının tanınmış aparıcısı Anastasiya Çernobrovina "Moya planeta" telekanalında yayımlanan "Odna na planete" silsilə verilişləri çərçivəsində Azərbaycanın turizm imkanlarını əks etdirən proqram hazırlayıb

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Proqramda aparıcı xanım "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Yanar Dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və Qobustan Milli Tarixi-Bədii Qoruğu, Şəki şəhərindəki Kiş kəndində yerləşən Alban məbədi və Şəki Xan Sarayı, palçıq vulkanları, Naftalan müalicəvi istirahət mərkəzi və Qafqaz dağlarına səfərləri haqqında təəssüratlarını bölüşüb.

Son xəbərlər

Orphus sistemi