İkitərəfli münasibətlərin gücləndirilməsi çərçivəsində Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycanın Mədəniyyət naziri
Bu barədə "Report"a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə tərəflər mədəniyyət sahəsində əməkdaşlığın müxtəlif aspektlərindən danışaraq, bu sahədə həyata keçirilən layihələrə toxunublar. Eyni zamanda, bu il ərzində baş tutacaq tədbirlər haqqında söhbət açılıb. Səfir Labardini diplomatik nümayəndəlik tərəfindən keçirilən müxtəlif tədbirlərin təşkilində nazirliyin dəstəyinə görə minnətdarlığını bildirib.
Səfir həmçinin vurğulayıb ki, 2017-ci ildə imzalanan Meksika və Azərbaycan hökümətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində Əməkdaşlıq haqqında saziş mədəni əlaqələrin, eyni zamanda ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün mühüm alət kimi çıxış edir.
Bundan əlavə, hər iki ölkənin mədəni qurumları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, Meksika ilə Azərbaycan arasında turistik və mədəni mübadilənin artmasına töhfə verəcək Mexiko-İstanbul birbaşa reysinin yaxın gələcəkdə açılması bu sahədə işlərin həyata keçirilməsinə təkan verəcək.