Yuxarı

Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim olunub - SİYAHI

Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim olunub - SİYAHI
© Report / Firi Salim

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim olunub. 

"Report" xəbər verir ki, Muzey Mərkəzində keçirilən tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev təltif olunan şəxslərin kino, teatr və digər sahələrin görkəmli nümayəndələri olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, mükafata layiq görülənlər Azərbaycan xalqının mədəni rifahına öz dəyərli töhfələrini veriblər: "Hər bir yaradıcı insanın arxasında fitri istedadla yanaşı, gərgin əmək dayanır. Sevinirəm ki, dövlət bu fədakar əməyi daim qiymətləndirir. Yaradıcı axtarış elə prosesdir ki, hər birinin özünəməxsusluğu var. Burada hansısa müqayisə sualı ortada olmamalıdır. Hər bir yaradıcı insanın əməyi xalq tərəfindən yüksək dəyərləndirilir".

Ə.Qarayev qeyd edib ki, Azərbaycanın mədəni həyatı zəngin hadisələrlə doludur: "Artıq teatr və konsert müəssisələri mövsümü açır. Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı olacaq. Eyni zamanda Nəsimi ili ilə bağlı müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Bu gün mədəniyyət və incəsənət anlayışı cəmiyyətdə özünəməxsus yer tutub".

Daha sonra mükafatlar təqdim olunub.

Fəxri adlarla təltif olunanların siyahısı

“Şöhrət” ordeni

  • 1.
Fərzəlibəyov Mərahim Fərzəli oğlu 10.07.2019 № 1321 Bakı Bələdiyyə Teatrı, quruluşçu rejissor
“Xalq şairi”

  • 2.
Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz)

25.05.2019

№ 1204

Bakı şəhər Reklam Departamenti, Bölmə müdiri (təqaüdçü, şair)
“Xalq artisti”

  • 3.
Muradov İlqar Əliməmməd oğlu 25.05.2019 № 1204 Azərbaycan Milli Konservatoriyası, “Milli Vokal” kafedrası, müəllim, dosent
  • 4.
Zeynallı Cavanşir Mirzəməmməd oğlu 25.05.2019 № 1204 Azərbaycan Milli Aviasiya Akademiyası, musiqi rəhbəri
  • 5.
Əliyev Vidadi Hüseyn oğlu 31.07.2019 № 1363 C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrı, aktyor-rejissor
  • 6.
Həsənov Vidadi İsmail oğlu 31.07.2019 № 1363 Azərbaycan Dövlət Yuğ teatrı, aktyor
“Əməkdar incəsənət xadimi”

  • 7.
Cəbrayıllı Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər) – Həyat yoldaşı Tamam xanım 25.05.2019 № 1204 Azərbaycan Dövlət Tərcümə Mərkəzi, məsləhətçi, şair
  • 8.
Hüseynbəyli Elçin Hüseyn oğlu 25.05.2019 № 1204 Azərbaycan Yazıçılar Birliyi, sədrin müşaviri, yazıçı
  • 9.
Mustаfаyеv Firuz Qədimаlı оğlu (Firuz Mustafa) 25.05.2019 № 1204 Bakı Avrasiya Universiteti, prorektor, kafedra müdiri (təqaüdçü, dramaturq)
“Əməkdar artist”

  • 10.
Xasiyev Nadir Şənbə oğlu 25.05.2019 № 1204 Azərbaycan Dövlət MusiqiliTeatrı, vokal artisti
  • 11.
Kərimova Cəmilə Rüstəm qızı 25.05.2019 № 1204 Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, balet artisti, aparıcı səhnə ustası
  • 12.
Məsimov Qurban Abdulla oğlu 25.05.2019 № 1204 A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı, baş rejissor
  • 13.
Nağıyev Qasım Gəncalı oğlu 25.05.2019 № 1204 Azərbaycan Dövlət Yuğ Teatrı, aktyor
  • 14.
Süleymanova Elmira Süleyman qızı 25.05.2019 № 1204 Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, balet artisti
  • 15.
Əlilicanzadə Qorxmaz Məmməd oğlu 31.07.2019 № 1363 Şoumen, aktyor
  • 16.
Namazov Zilli Yunus oğlu 31.07.2019 № 1363 C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası, aktyor
“Əməkdar mədəniyyət işçisi”

  • 17.
Əlixanov Vaqif Ənvər oğlu (Vaqif Əlixanlı) 25.05.2019 № 1204 Azərbaycan Yazıçılar Birliyi “Qobustan” toplusu, baş redaktor, dramaturq
  • 18.
Güləliyev Abbas Musaxan oğlu 25.05.2019 № 1204 Mədəniyyət Nazirliyi, Qobustan rayon Mədəniyyət şöbəsi, Şıxzərli kənd klubu, klub müdiri (aşıq)
  • 19.
Məmmədov Rauf Davud oğlu 25.05.2019 № 1204 Bəstəkar
  • 20.
Ağayev Nəsir İsmayıl oğlu 31.07.2019 № 1363 Azərbaycanfilm kinostudiyası, çəkiliş texnikası sexi, aparıcı mütəxəssis
  • 21.
Dadaşova Nelli Hacı qızı 31.07.2019 № 1363 Azərbaycan kinostudiyası, ali dərəcəli kinomontajor (təqaüdçü)
  • 22.
Quliyev Babək Barat oğlu 31.07.2019 № 1363 Azərbaycanfilm kinostudiyası,bədii istehsalat heyəti, rəssam-fotoqraf
  • 23.
Məmmədov Əli Bala Ənvər oğlu 31.07.2019 № 1363 C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası, pirotexnika üzrə mütəxəssis
  • 24.
Muxtarova Tamilla Muxtar qızı. 31.07.2019 №1363 Azərbaycan Respublikası Dövlət Film Fondu, baş mütəxəssis (filmlərin bərpası üzrə)
“Tərəqqi” medalı
  • 25.
Bulanova Oksana İqorevna 25.05.2019 № 1203 Moskva 1-ci telekanalı, “Neizvestnaya planeta” layihəsi, rəhbər (yazıçı)
  • 26.
Əhmədov Ənvər Misir oğlu 25.05.2019 № 1203 Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalı redaksiyası, ədəbi işçi, şair
  • 27.
Qəniyev Maarif Soltan oğlu 25.05.2019 № 1203 “Qobustan” incəsənət jurnalı, baş redaktorun müavini (şair)
  • 28.
Salayev İltifat Saleh oğlu – Bacısı oğlu Rəcəbli Hafiz Cəsail oğlu 25.05.2019 № 1203 Azərbaycan Yazıçılar Birliyi, Lənkəran zona bölməsi, sədr (şair)
  • 29.
Talıbzadə Alina Dmitriyevna 25.05.2019 № 1203 Yazıçılar Birliyinin “Literaturniy Azərbaycan” jurnalı, poeziya şöbəsinin müdiri (şair)
  • 30.
Ağayev Xanlar Ağakərim oğlu 31.07.2019 № 1362 Nizami Kino Mərkəzi, kadrlar şöbəsinin müdiri
  • 31.
Həsənov Mahir Məhəmməd oğlu 31.07.2019 № 1362 Azərbaycanfilm kinostudiyası, böyük mühəndis
  • 32.
Hüseynov Əlisəfdər Mürsəl oğlu. 31.07.2019 №1362 Müdafiə Nazirliyi, Hərbi Nəşriyyat, bölmə rəisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ”

  • 33.
Abbasov Zülfüqar Qulu oğlu – kürəkəni Cavadov Kamran 16.10.2018 № 566 Mingəçevir Dövlət Dram Teatrı, direktor, bədii rəhbər, baş rejissor, quruluşçu resjissor
  • 34.
Əlizadə Oktay Mahmud oğlu 31.07.2019 № 1361 "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi, quruluşçu rejissor, operator (təqaüdçü)
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi