Yuxarı

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavinləri və bəzi şöbə müdirləri vəzifələrinə yeni təyinatlar olub

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavinləri və bəzi şöbə müdirləri vəzifələrinə yeni təyinatlar olub

Bakı. 29 iyun. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini- Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.

Nazirliyin Aparat rəhbərinin müavini-Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunub.

Yeni yaradılan Regional siyasət şöbəsinin müdiri vəzifəsinə isə Pərviz İsgəndərli təyin edilib.

Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Rəşad Əliyev təyin olunub.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi