Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub

Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub Bakı. 28 iyun. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.
Mədəniyyət siyasəti
28 İyun , 2018 10:44
Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub
Report
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı müvafiq əmrə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.

O, əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri işləyib. 

Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Son xəbərlər

Orphus sistemi