Mədəniyyət naziri: "Dünyada təhlükəsizliyi təmin etmək üçün mədəniyyətləri paylaşmaq lazımdır"

Mədəniyyət naziri: "Dünyada təhlükəsizliyi təmin etmək üçün mədəniyyətləri paylaşmaq lazımdır" Dünyada təhlükəsizliyi təmin etmək üçün mədəniyyətləri paylaşmaq lazımdır. Biz bu sahədə öz təşəbbüslərimizi gələcəkdə də davam etdirəcəyik. Biz qlobal xəzinəyə öz töhfəmizi verib dəyişikliyə nail ola bilərik.
Mədəniyyət siyasəti
2 May , 2019 15:03
Mədəniyyət naziri: Dünyada təhlükəsizliyi təmin etmək üçün mədəniyyətləri paylaşmaq lazımdır

"Dünyada təhlükəsizliyi təmin etmək üçün mədəniyyətləri paylaşmaq lazımdır. Biz bu sahədə öz təşəbbüslərimizi gələcəkdə də davam etdirəcəyik. Biz qlobal xəzinəyə öz töhfəmizi verib dəyişikliyə nail ola bilərik".

"Report" xəbər verir ki, bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, mədəni irsin qorunmasına nail olmaq üçün əməkdaşlığı gücləndirmək vacib amillərdəndir: "XXI əsrdə əvvəlki illərdən fərqli olaraq başqa ölkələrlə ciddi əməkdaşlıq edirik. Hesab edirik ki, tərəfdaşlıqlarımız güclənməlidir. İlk olaraq müzakirə edilməlidir ki, cəmiyyət və ölkələr arasında dialoqlar hansı formada qurulmalıdır".

Son xəbərlər

Orphus sistemi