Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün Ukrayna paytaxtı Kiyevdə görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq xatirə parkının açılışı olacaq.
"Report" xəbər verir ki, park Azərbaycan baritonunun anadan olmasının 75 illik yubiley şərəfinə salınıb.
Rəsmi açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin iştirakı gözlənilir.
Həmçinin bu gün Kiyevdə P.İ.Çaykovski adına Milli Musiqi Akademiyasında M.Maqomayevin xatirə gecəsi keçiriləcək.