Yuxarı

İran Mədəniyyət Mərkəzinin sədri: "Azərbaycan və İran birgə film çəkəcək"

İran Mədəniyyət Mərkəzinin sədri: "Azərbaycan və İran birgə film çəkəcək"
Əsğər Farsi: İranla Azərbaycan arasında qədim dövrdən sıx münasibətlər yaranıb

Bakı. 22 iyun. REPORT.AZ/ "İranla Azərbaycan arasında qədim dövrdən xüsusi, sıx, dostluq münasibətləri yaranıb. Ölkələr ümumi mədəniyyətə sahibdirlər".

"Report" xəbər verir ki, bunu İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın müstəqillik qazanmasından sonra ölkələr arasındakı münasibətlər siyasi, iqtisadi və mədəni sahələrdə intensiv şəkildə inkişaf edir.

"Bunun səbəbi xalqlar arasında olan xüsusi münasibətlərdir. Ölkələr arasındakı sərhədlər xalqlarımızı ayıra bilməz. Mədəniyyət nazirlərimiz mədəni əlaqələrin möhkəmləndirilməsi üçün çox əhəmiyyətli addımlar atırlar", - o qeyd edib.

İyunun 27-dən iyulun 1-dək Azərbaycanda keçiriləcək İran Mədəniyyəti Günlərinə toxunan Mədəniyyət Mərkəzinin sədri bildirib ki, bu tədbir çərçivəsində ilk dəfə Azərbaycanla İran birgə film çəkilişlərinə başlayacaq: "Filmin bir hissəsi Bakıda - İçərişəhərdə, digər hissəsi isə İranda çəkiləcək. Film sevgi hekayəsindən bəhs edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi