Bakı. 21 dekabr. REPORT.AZ/ İtaliyanın Florensiya şəhərində "Azərbaycanın müasir memarlığı" sərgisi açılıb.
Bu barədə "Report" İtaliya KİV-inə istinadən xəbər verir.
Azərbaycanın müasir memarlığının son nümunələrinə həsr olunmuş sərgi dekabrın 22-dək davam edəcək.
Sərgidə müasirliklə Azərbaycan tarixi və mədəniyyətinin əlaqəsini göstərən 20-yə yaxın layihə təqdim olunub.
Qeyd edək ki, sərgi Romualdo Del Byanko fondunun dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən təşkil olunub.