Yuxarı
    Bağlamaq

    Florensiyada Azərbaycanın müasir memarlığına həsr olunan sərgi keçirilir

    Sərgidə müasirliklə Azərbaycan tarixi və mədəniyyətinin əlaqəsini göstərən 20-yə yaxın layihə təqdim olunub

    Bakı. 21 dekabr. REPORT.AZ/ İtaliyanın Florensiya şəhərində "Azərbaycanın müasir memarlığı" sərgisi açılıb.

    Bu barədə "Report" İtaliya KİV-inə istinadən xəbər verir.

    Azərbaycanın müasir memarlığının son nümunələrinə həsr olunmuş sərgi dekabrın 22-dək davam edəcək.

    Sərgidə müasirliklə Azərbaycan tarixi və mədəniyyətinin əlaqəsini göstərən 20-yə yaxın layihə təqdim olunub.

    Qeyd edək ki, sərgi Romualdo Del Byanko fondunun dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən təşkil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi