Əbülfəs Qarayev Sabirabadda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Əbülfəs Qarayev Sabirabadda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub Nazir müəssisələrin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib
Mədəniyyət siyasəti
16 Dekabr , 2016 15:24
Əbülfəs Qarayev Sabirabadda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Bakı. 16 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabad rayonuna səfəri zamanı bir sıra mədəniyyət müəssisələrində olub.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nazir Sabirabad rayon Mədəniyyət mərkəzinə baş çəkib və müəssisəsinin əməkdaşlarının iş şəraiti ilə tanış olub. Nazirə məlumat verilib ki, yeni yaradılan Sabirabad regional Mədəniyyət və Turizm İdarəsi bu binada yerləşəcək.

Əbülfəs Qarayev sonra rayon Tarix-diyarşünaslıq muzeyində olub. Nazirə muzeyin tarixi barədə məlumat verilib. Qeyd olunub ki, muzey 1978-ci ildə Mədəniyyət evinin binasında "Döyüş şöhrəti otağı” kimi fəaliyyətə başlayıb.

Nazir hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.

Son xəbərlər

Orphus sistemi