Yuxarı

Daha 5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyin olunub - SİYAHI

Daha 5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyin olunub - SİYAHI
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin daha 5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyin olunub. 

Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Tahir Əliyev Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin, Əhməd Ramazanov Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin, Elçin Hüseynov Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin, Lətifə Mövsümova Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin, Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi