Yuxarı

Bolqarıstanda “Bakı: keçmişlə müasirliyin ahəngi” adlı fotosərgi açılıb

Bolqarıstanda “Bakı: keçmişlə müasirliyin ahəngi” adlı fotosərgi açılıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bolqarıstanın Varna şəhərindəki rəsm qalereyasında “Bakı: keçmişlə müasirliyin ahəngi” və “Qədim Qafqaz Albaniyasının mirası: Azərbaycanda multikulturalizm ənənələri” adlı fotosərgilər açılıb.

“Report”un Bolqarıstan KİV-inə istinadən verdiyi xəbərə görə, Azərbaycan səfirliyi və Varna bələdiyyəsi tərəfindən təşkil olunan tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunur.

Sentyabrın 24-dək davam edəcək sərgidə Bolqarıstanın istedadlı rəssamı və fotoqrafı Tatyana Uzunovanın əsərləri təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi