Bakı. 28 mart. REPORT.AZ/ Bakıda məşhur qazax şairi, yazıçısı, filosofu Abay Kunanbayevin əsərlərinin Azərbaycan dilində toplusunun təqdimatı keçiriləcək.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, təqdimat martın 29-da Bakı Dövlət Universitetində baş tutacaq.
Təqdimatda BDU-nun rəhbərliyi, professorları, həmçinin dilçi alimlər, türkoloqlar, "Qazaxıstan-Azərbaycan" Dostluq Cəmiyyətinin üzvləri iştirak edəcəklər.
Qeyd edək ki, 2011-ci ildən BDU-da Abay adına Qazax dili, tarixi və mədəniyyəti Mərkəzi fəaliyyət gösətirir.