Bakıda Abay Kunanbayevin əsərlər toplusu nümayiş olunacaq

Bakıda Abay Kunanbayevin əsərlər toplusu nümayiş olunacaq Təqdimat martın 29-da Bakı Dövlət Universitetində keçiriləcək
Mədəniyyət siyasəti
28 Mart , 2017 17:20
Bakıda Abay Kunanbayevin əsərlər toplusu nümayiş olunacaq

Bakı. 28 mart. REPORT.AZ/ Bakıda məşhur qazax şairi, yazıçısı, filosofu Abay Kunanbayevin əsərlərinin Azərbaycan dilində toplusunun təqdimatı keçiriləcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, təqdimat martın 29-da Bakı Dövlət Universitetində baş tutacaq.

Təqdimatda BDU-nun rəhbərliyi, professorları, həmçinin dilçi alimlər, türkoloqlar, "Qazaxıstan-Azərbaycan" Dostluq Cəmiyyətinin üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, 2011-ci ildən BDU-da Abay adına Qazax dili, tarixi və mədəniyyəti Mərkəzi fəaliyyət gösətirir.

Son xəbərlər

Orphus sistemi