Yuxarı

Azərbaycan və Portuqaliya mədəni irsin qorunması istiqamətində əməkdaşlıq edəcək

Azərbaycan və Portuqaliya mədəni irsin qorunması istiqamətində əməkdaşlıq edəcək
Əbülfəs Qarayev Portuqaliyanın Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb
© Report

Bakı. 20 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyanın Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıb.

Qeyd edək ki, nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyaya səfəri çərçivəsində Avropa Şurasının Şimal - Cənub Təşkilatının rəhbəri Antonio Gamito ilə görüşüb. Qeyd edək ki, adıçəkilən təşkilat ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun partnyorudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi