Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev Tehranda Qərbi Asiya ölkələrinin teatr direktorlarının görüşündə iştirak edib.
"Report" xəbər verir ki, əməkdar incəsənət xadimi Ə.Lalayev teatr sənətinə dair birinci regional elmi-nəzəri konfransa qatılıb.
Konfransda Azərbaycan təmsilçisindən savayı, Əfqanıstan, İraq, Pakistan, Qətər, Rusiya, Suriya və Oman nümayəndələri iştirak edib.
İranın Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən tədbir dünən başlayıb və 3 gün - noyabrın 1-dək davam edəcək. Tədbirin məqsədi ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsidir.