Azərbaycan Dövlət Musiqili Teatrının direktoru teatr sənətinə dair konfransda iştirak edib

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru teatr sənətinə dair konfransda iştirak edib Tədbirin məqsədi ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsidir
Mədəniyyət siyasəti
31 Oktyabr , 2016 10:24
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru teatr sənətinə dair konfransda iştirak edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev Tehranda Qərbi Asiya ölkələrinin teatr direktorlarının görüşündə iştirak edib.

"Report" xəbər verir ki, əməkdar incəsənət xadimi Ə.Lalayev teatr sənətinə dair birinci regional elmi-nəzəri konfransa qatılıb.

Konfransda Azərbaycan təmsilçisindən savayı, Əfqanıstan, İraq, Pakistan, Qətər, Rusiya, Suriya və Oman nümayəndələri iştirak edib.

İranın Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən tədbir dünən başlayıb və 3 gün - noyabrın 1-dək davam edəcək. Tədbirin məqsədi ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi