Yuxarı

YUNESKO Palmiranın bərpası üçün fond yaradıb

Palmiranın bərpası məsələsinə martın 31-də Ümumdünya İrsi Dostlar Qrupunun iclasında baxılacaq

Bakı. 29 mart. REPORT.AZ/ YUNESKO yaraqlıların nəzarətindən azad edilmiş tarixi Palmira şəhərinin bərpası üçün fond yaradıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Mitrofanova məlumat verib.

"YUNESKO-da Suriya üzrə fövqəladə fond yaradılıb və ora üzv ölkələrin könüllü ödəmələri daxildir. Palmiranın bərpası fondu isə çox güman büdcədənkənar vəsaitlər hesabına olacaq. Hazırda bu fondda 2,7 milyon avro vəsait var. Onun 2,5 milyonu Avropa İttifaqının, 170 mini isə Flandriyanın payına düşür", - deyə xanım E.Mitrofanova bildirib.

Onun sözlərinə görə, Suriya ərazisində dörd ildir davam edən döyüş əməliyyatları nəticəsində ölkədə mövcud olan 10 min arxeoloji abidənin 300-ü məhv edilib.

Qeyd edək ki, İŞİD yaraqlılarının nəzarətindən azad edilmiş Suriyanın qədim Palmira şəhərinin bərpası məsələsinə martın 31-də BMT-nin Parisdəki mənzil-qərargahında keçiriləcək Ümumdünya İrsi Dostlar Qrupunun iclasında baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi