Nazir: "UNESCO-nun ədalətli və qərəzsiz mövqe tutmasını gözləyirik"

Nazir: "UNESCO-nun ədalətli və qərəzsiz mövqe tutmasını gözləyirik" YUNESKO missiyasının azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir.
Mədəniyyət siyasəti
25 Sentyabr , 2021 13:25
Nazir: UNESCO-nun ədalətli və qərəzsiz mövqe tutmasını gözləyirik
Anar Kərimov

"UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqlar davam etdirilir".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb: "Məsələ ilə bağlı UNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik. Biz gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, məsələ sırf öz mandatına uyğun olaraq həyata keçiriləcək. Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. Çünki biz istərdik ki, bütün dünya Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktlarını araşdırsın və onlara qiymət versin. Ona görə də Azərbaycan hər zaman belə bir missiyanın keçirilməsinin tərəfdarı olub. Biz sadəcə olaraq gözləyirik ki, UNESCO da bu bu məsələyə eyni həssaslıqla yanaşsın".

Son xəbərlər

Orphus sistemi