YUNESKO Gəncə şəhərini 2018-ci il üçün Dünya Kitab Paytaxtı elan edəcək

YUNESKO Gəncə şəhərini 2018-ci il üçün Dünya Kitab Paytaxtı elan edəcək YUNESKO-da hər il Dünya Kitab Paytaxtı nominasiyası elan olunur
Mədəniyyət siyasəti
14 İyul , 2016 19:09
YUNESKO Gəncə şəhərini 2018-ci il üçün Dünya Kitab Paytaxtı elan edəcək

Bakı. 14 iyul. REPORT.AZ/ YUNESKO-nun qərarı ilə Azərbaycanın böyük və qədim şəhərlərindən olan Gəncənin Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı sənədlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəliyi ilə birgə hazırlanaraq YUNESKO-ya təqdim edilib.

YUNESKO Baş Konfransının 2001-ci il noyabrın 2-də qəbul etdiyi qətnaməyə əsasən, hər il Dünya Kitab Paytaxtı nominasiyası elan olunur.

Ümumiyyətlə, Dünya Kitab Paytaxtı konsepsiyası YUNESKO-nun qərarı ilə 1996-cı ildə elan olunub və Dünya Kitab və Müəllif Hüququ gününə əsaslanır. Kitab sənayesinin üç əsas sahəsini təmsil edən beynəlxalq təşkilatların iştirakını təmin etmək məqsədilə Beynəlxalq Naşirlər Assosiasiyası, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası, Beynəlxalq Kitab Satıcıları Federasiyası və YUNESKO-nun nümayəndələrindən ibarət komitə yaradılmışdır ki, həmin komitə də təqdim olunan nominasiyaları qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi