YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirilib

YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirilib Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Mədəniyyət siyasəti
29 Noyabr , 2022 20:18
YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələri, YAP-ın üzvləri, bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsert proqramında ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xalq artisti Təranə Muradova "Report"a açıqlamasında bildirib ki, Bakı Xoreoqrafiya Akademiyasında yubiley münasibətilə bir sıra silsilə tədbirlər keçirilib: "Bugünkü konsert proqramı bu tədbirlərin yekunudur. Yüksək səviyyədə hazırlaşmışıq".

Bakı Xoreoqrafiya Akademiyasının kollec direktoru Tahir Eynullayev vurğulayıb ki, Akademiya mütəmadi olaraq silsilə tədbirlərin keçirilməsində iştirak edir.

Qeyd edək ki, konsertin bədii rəhbəri Əməkdar artist Nailə Məmmədzadədir.

Son xəbərlər

Orphus sistemi