“Yanar dağ” qoruğunun sərhədi və mühafizə zonası müəyyənləşdi

“Yanar dağ” qoruğunun sərhədi və mühafizə zonası müəyyənləşdi Nazirlər Kabineti “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 227 nömrəli qərara dəyişiklik
Mədəniyyət siyasəti
15 İyul , 2020 18:11
“Yanar dağ” qoruğunun sərhədi və mühafizə zonası müəyyənləşdi

Nazirlər Kabineti “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 227 nömrəli qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilib.

Xəritədə qoruğun ərazisinə daxil edilmiş qeyri-dövlət mülkiyyətində olan torpaqların mülkiyyətçilərin razılığı ilə Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş dövlət vəsaiti hesabına satın alınması təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi