Yağışlı Bakı küçələrində yenilənmə və baharın nəfəsi duyulur. Bu il Novruz buludların arasından süzülən bir bahar müjdəsi kimidir.
Novruz Bayramı bu il Bakıya yağış və boz buludlarla gəlib. Mart ayının bu soyuq və tutqun günündə paytaxt sakinləri yenə də Novruzun adətlərinə sadiq qalaraq küçə və meydanlarda bayram əhval-ruhiyyəsini yaşadırlar.
Yağışın altında alovlanan tonqallar, göyərdilmiş səmənilər, rəngarəng bayram bəzəkləri və milli geyimlərə bürünmüş insanlar – bütün bunlar Bakının hər yerində Novruz ovqatını hiss etdirir.
Havanın qeyri-sabit olmasına baxmayaraq, Nizami küçəsində (“Torqovı”) keçirilən yarmarkada satılan Novruza məxsus ləziz təamlar, tətbiqi sənət nümunələri, milli suvenirlər, bunlarla yanaşı kosa və keçəlin şən zarafatları, uşaqların həyəcanla bayramı qeyd etməsi göz oxşayır.
"Report" fotoreportajı təqdim edir:
FOTO: Samirə Həsənova


























