Bakıda daun sindromlu uşaqlar geyim kolleksiyası təqdim ediblər

Bakıda daun sindromlu uşaqlar geyim kolleksiyası təqdim ediblər Azərbaycan Milli Xalça Muzeyi, Uşaq İnkişaf Mərkəzinin və "Sunny Carpets Galereya"sının dəstəyi ilə Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib.
Mədəniyyət siyasəti
22 Dekabr , 2023 18:55
Bakıda daun sindromlu uşaqlar geyim kolleksiyası təqdim ediblər

Bakıda daun sindromlu uşaqlar geyim kolleksiyası təqdim ediblər.

"Report" xəbər verir ki, təqdimat Azərbaycan Milli Xalça Muzeyi, "Uşaq İnkişaf Mərkəzi"nin və "Sunny Carpets Galereya"sının dəstəyi ilə Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr olunan tədbir çərçivəsində baş tutub.

"Uşaq İnkisaf Mərkəzi"nin rəhbəri Aynur Musayeva bildirib ki, tədbirdə uşaqlar Xalq rəssamı Kamil Əliyevin xalça eskizləri üzərində Azərbaycan Milli Xalça Muzeyinin Uşaq Birliyinin üzvü Fidan Nağızadənin müəllifi olduğu geyimlərlə podyuma çıxaraq bir daha öz bacarıqlarını nümayiş etdiriblər: "Tədbiri daun sindromlu uşaqlarla keçirdik. Çalışdıq dünyaya bir mesaj verək ki, onlar qüsurlu deyil, sadəcə, fərqli və möhtəşəm bacarığa sahib mələklərdir. Bu tədbirdə uşaqlar bir daha nələrə qadir olduqlarını və nələri bacardıqlarını nümayiş etdirdilər".

Sonda layihə çərçivəsində uşaqlar diplom və hədiyyələrlə təltif edilib.

Son xəbərlər

Orphus sistemi