Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilib.
“Report” xəbər verir ki, müsabiqədə ölkəmizi “One of those days” (“O günlərdən biri”) mahnısı ilə təmsil edən Sona Əzizova 151 xalla beşinci yeri tutub. Azərbaycana ən yüksək 12 xalı İtaliya və Ukrayna verib.
Müsabiqənin qalibi Ermənistan təmsilçisi Malena olub. O, “Qami, qami” mahnısını ifa etdiyinə görə 224 bal toplayıb. Polşa isə 218 balla ikinci, Fransa 182 balla üçüncü yerdə qərarlaşıb.
Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başlayıb.
"Report" xəbər verir ki, Azərbaycanı müsabiqədə “One of those days” (“O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edir.
Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.
Sona Əzizovanın çıxışını bəyənirsinizsə,
Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.