"Unudulmaz məzun Aida İmanquliyeva" kitabının təqdimatı olub - FOTO

"Unudulmaz məzun Aida İmanquliyeva" kitabının təqdimatı olub - FOTO Kitabın ideyası əməkdar müəllim Sara Xanlarovaya məxsusdur
Mədəniyyət siyasəti
13 İyun , 2016 12:12
Unudulmaz məzun Aida İmanquliyeva kitabının təqdimatı olub - FOTO

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda 132-134 nömrəli təhsil kompleksində "Unudulmaz məzun Aida İmanquliyeva" adlı kitabın təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, akademiklər Vasim Məmmədəliyev, Əhliman Əmiraslanov, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, məktəbin rəhbərliyi və başqaları iştirak ediblər.

Direktor Sara Xanlarova qeyd edib ki, məktəb rəhbərliyi hər il bir tanınmış məzunu barədə kitab hazırlamağı qərara alıb: "Məşhur məzunlar" layihəsinin məqsədi məktəbimizdən məzun olmuş dəyərli şəxsiyyətlərin və unudulmaz məzunların əziz xatirəsini yaşatmaq, gələcək nəsillərə çatdırmaqdır. Ən məşhur məzunumuz Aida İmanquliyeva olduğu üçün ilk kitabımız məhz ona həsr olundu. Kitabda Aida xanımın həyat və fəaliyyətinin geniş işıqlandırılmasına çalışmışıq".

A.Əlizadə bildirib ki, Aida xanım Azərbaycan şərqşünaslıq elminin görkəmli alimi olub: "O bütün ömrünü elmə bağlayıb. İlk Azərbaycan qadın şərqşünasıdır ki, onun qələmindən çıxan yazılar indiyədək öz yeniliyini itirməyib".

Sonra digər qonaqlar mərhum alimlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə Aida İmanquliyeva haqqında qısametrajlı film də nümayiş etdirilib.

Qeyd edək ki, kitabın ideyası əməkdar müəllim Sara Xanlarovaya məxsusdur. Kitabın müəllifləri isə Gülşən Hüseynova və İbrahim Əsədovdur.

Son xəbərlər

Orphus sistemi