UNESKO rəsmisi: "Biz bəzən müəyyən sahələrlə bağlı təhdidlərlə üzləşirik"

UNESKO rəsmisi: "Biz bəzən müəyyən sahələrlə bağlı təhdidlərlə üzləşirik" Biz bəzən müəyyən sahələrlə bağlı təhdidlərlə üzləşirik. Spesifik təhdidlərə gəlincə, əgər səylərimizi birləşdirməsək, mədəni irsi qorumasaq, hansı həmrəyliyimiz ola bilər?
Mədəniyyət siyasəti
1 İyul , 2019 13:31
UNESKO rəsmisi: Biz bəzən müəyyən sahələrlə bağlı təhdidlərlə üzləşirik
UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler / Report / Elchin Murad

"Biz bəzən müəyyən sahələrlə bağlı təhdidlərlə üzləşirik. Spesifik təhdidlərə gəlincə, əgər səylərimizi birləşdirməsək, mədəni irsi qorumasaq, hansı həmrəyliyimiz ola bilər?"

"Report" xəbər verir ki, bunu UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Betlehem kilsəsi və Çilidə yerləşən məzar daşlarının UNESKO-nun tərkibində olan təhlükəli məkanların siyahısından çıxarılaraq adi siyahıya düşməsi məsələsinə də baxılacaq. 

Son xəbərlər

Orphus sistemi