UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO

UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO Tədbirdə Azərbaycan Milli Orkestri onun əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib
Mədəniyyət siyasəti
497
15 May , 2018 06:56
UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO
Report

Paris. 15 may. REPORT.AZ/ UNESCO-nun Fransanın Paris şəhərində yerləşən baş qərargahında Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd edilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin və Mədəniyyət Nazirliyinin təşkil etdiyi gecədə Milli Orkestri Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

Daimi nümayəndəliyin rəhbəri Anar Kərimov tədbirdə qonaqlara dahi bəstəkar Qara Qarayevin yaradıcılığı haqqında ətraflı məlumat verib.

UNESCO baş katibinin kommunikasiya və informasiya üzrə müavini Moez Çalçuk Qara Qarayevin yaradıcılığının hüdudsuz olduğunu vurğulayaraq, bugünkü xatirə gecəsinin ortaq tariximizin meyvəsi olduğunu deyib.

Qara Qarayevin həyat və yaradıcılığına həsr edilmiş fotosərgi qonaqların böyük marağına səbəb olub.

Son xəbərlər

Orphus sistemi