Ukraynalı uşaqlara dəstək üçün müsabiqə başlayıb

Ukraynalı uşaqlara dəstək üçün müsabiqə başlayıb Azərbaycanda Ukraynaya dəstək məqsədli uşaq yaradıcılığı müsabiqəsi başlayıb.
Mədəniyyət siyasəti
20 Aprel , 2022 17:08
Ukraynalı uşaqlara dəstək üçün müsabiqə başlayıb

Azərbaycanda Ukraynaya dəstək məqsədli uşaq yaradıcılığı müsabiqəsi başlayıb.

“Report” Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi Ukrayna, o cümlədən uşaqlar üçün humanitar yardımlar cəlb etmək, həmçinin mənəvi dəstəkdir.

Müsabiqədə iştirak etmək üçün müvafiq rəsm və ya əl işinin görüntüsü 30 iyun tarixinədək kidsart.az saytında yerləşdirilməlidir. Səsvermə yolu ilə müəyyənləşdiriləcək qaliblər qiymətli hədiyyələr və Bəhram Bağırzadədən həvəsləndirici mükafat alacaqlar.

Son xəbərlər

Orphus sistemi