"Azərbaycanlı kinorejissorlar film çəkmək üçün Türkiyənin Kino İdarəsindən maliyyə dəstəyi ala bilərlər".
“Report” xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsinin müdiri Erkin Yılmaz deyib.
Onun sözlərinə görə, burada tələb olunan şərt ayrılan büdcənin 50 faizinin məhz qardaş ölkədə kino sahəsində xərclənməsindən ibarətdir.
İdarə rəhbəri bildirib ki, Türkiyə son illərdə bir çox beynəlxalq layihələrin ölkədə həyata keçirilməsinə icazə verib: "Ötən il ölkədə 200-ə yaxın beynəlxalq layihə reallaşdırılıb. Hazırda ölkəmizdə hər il 150 film ərsəyə gətirilir. 2004-cü ildə kino haqqında qəbul edilmiş qanun sayəsində Türkiyə bu istiqamətdə inkişafa nail oldu. Dövlət təkcə keçən il 293 layihəyə maliyyə dəstəyi ayırıb".