Türkiyədən aparılmış və ya qaçırılmış 4000-dən çox əsər xarici ölkələrdən geri qaytarılıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında çıxış edən Türkiyə Mədəni İrs və Muzeylər İdarəsinin Baş direktoru Gökhan Yazgı deyib.
O vurğulayıb ki, bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar: "Digər ölkələrlə də əməkdaşlıq istiqamətində işlər davam etdirilir".