Üç aydır Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.
Bunu "Report"a Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib.
O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır: "Şükür Allaha ki, atamın səhhəti normaldır, evdədir. Rahat yeriyir və qida qəbul eləyir. Həkimlər biraz istirahət etməyi məsləhət görüblər. 10 gündən sonra yenidən müalicələrinin davam etdirilməsi üçün Türkiyəyə qayıdacaq".
Qeyd edək ki,
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.