Teatr və konsert müəssisələrində təhlükəsizliyə ciddi əməl olunması ilə bağlı tapşırıqlar verilib

Teatr və konsert müəssisələrində təhlükəsizliyə ciddi əməl olunması ilə bağlı tapşırıqlar verilib Teatr və konsert müəssisələrində təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı tapşırıqlar verilib
Mədəniyyət siyasəti
23 Yanvar , 2024 09:25
Teatr və konsert müəssisələrində təhlükəsizliyə ciddi əməl olunması ilə bağlı tapşırıqlar verilib

Azərbaycanda teatr-tamaşa və konsert müəssisələrində təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı tapşırıqlar verilib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Müşavirədə mədəniyyətə dövlət qayğısından danışan mədəniyyət naziri Adil Kərimli bildirib ki, ölkədə bu sahənin inkişafına xüsusi diqqət yetirilir.

O söyləyib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərinin kompleks inkişafına xidmət edən ardıcıl addımlar atılır, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması diqqətdə saxlanılır.

Nazir qeyd edib ki, dövlət başçısının sərəncamları ilə mədəniyyət və incəsənət sahələrinin inkişafına töhfə verən insanlar müxtəlif dövlət təltiflərinə, təqaüd və fəxri adlara layiq görülürlər. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyətin inkişafı, təbliği, xüsusilə də mədəniyyət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir.

Bununla belə, müasir dövrün çağırışlarına uyğun olaraq, mədəniyyət sahəsinə yeni yanaşmalar tətbiq edilməlidir. Teatr-tamaşa və konsert müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə, yüksək bədii və estetik dəyərə malik tamaşaların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.

Müşavirədə müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi riayət olunması, tamaşaçıların və işçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlərin görülməsi, teatr-tamaşa və konsert müəssisələrinin, habelə Bakı Dövlət Sirkinin fəaliyyəti ilə bağlı vətəndaşlara xidmət göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılmalı və konkret tədbirlər görülməlidir. Bədii şuraların fəaliyyətinin canlandırılması, kollektivlərə yeni kadrların cəlb olunması, peşəkarlığın artırılması və bütün sahələrdə şəffaflığın təmin edilməsinin zəruriliyi də vurğulanıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva müvafiq sahələr üzrə təkliflərini səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi