Yuxarı
    Bağlamaq

    Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək

    Mixail Georqadze: Artıq yer ayrılıb və mədəniyyət ocağının binasının layihəsi hazırlanır”

    Tbilisi. 1 noyabr. REPORT.AZ/ Gürcüstan hökumətinin dəstəyi ilə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze söyləyib.

    Nazir deyib: “Teatrın binasının darısqal olması və aktyorların çətin şəraitdə fəaliyyət göstərmələri barədə məlumatımız var. Teatrın kollektivi bizə bununla əlaqədar müraciət edib. Biz də nazirlik olaraq, teatr üçün yeni binanın tikilməsi barədə müvafiq strukturlara müraciət etmişik. Artıq yer ayrılıb və mədəniyyət ocağının binasının layihəsi hazırlanır”.

    Nazirin sözlərinə görə, layihələndirmə işləri tezliklə başa çatacaq.

    “Düşünürəm ki, yaxın vaxtlarda tikinti işlərinə başlayacağıq” – deyə nazir Georqadze vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi