Tatyana Krupa: “Azərbaycanda qazandığım təcrübə Ukraynada işimə yaradı”

Tatyana Krupa: “Azərbaycanda qazandığım təcrübə Ukraynada işimə yaradı” “Azərbaycanda qazandığım təcrübə Ukraynada işimə yaradı”.
Mədəniyyət siyasəti
8 Dekabr , 2022 13:55
Tatyana Krupa: “Azərbaycanda qazandığım təcrübə Ukraynada işimə yaradı”

“Azərbaycanda qazandığım təcrübə Ukraynada işimə yaradı”.

“Report” xəbər verir ki, bunu arxeoloq, restavrator, tarixçi, Pavlodar Dövlət Pedaqoji Universitetinin YMAI beynəlxalq tədqiqat laboratoriyasının rəhbəri Tatyana Krupa “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsi aspektləri” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransda deyib.

“Mədəni irsin tədqiqi sahəsində Azərbaycanla əməkdaşlıq etmişik”, - deyən T.Krupa bir neçə il bundan əvvəl Tovuz rayonundakı qəbiristanlıqda “Günəşin axtarışı ekspedisiyası” çərçivəsində epiqrafik yazıları, naxışları, damğaları və qoçdaşları öyrəndiyini bildirib.

“Əminliklə deyə bilərəm ki, Azərbaycanda əldə etdiyim təcrübə mənə Ukraynada “Ukraynanın atəş altındakı irsi” layihəsini həyata keçirməkdə kömək etdi”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi