Tailand şahzadəsi Milli Azərbaycan Tarixi Muzeyinə kitab hədiyyə verib

Tailand şahzadəsi Milli Azərbaycan Tarixi Muzeyinə kitab hədiyyə verib Sonra qonaqlar muzeyin eksponatları ilə yaxından tanış olublar
Mədəniyyət siyasəti
15 Avqust , 2017 16:13
Tailand şahzadəsi Milli Azərbaycan Tarixi Muzeyinə kitab hədiyyə verib

Bakı. 15 avqust. REPORT.AZ/ Bakıda səfərdə olan Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhorn və Krallığın nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Muzeydən "Report"a verilən məlumata görə, görüşdə bu müəssisənin elmi işçisi Səidə Həmzəbəyova Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat verib, qonaqları maraqlandıran sualları cavablandırıb.

Şahzadə muzeyə özünün müəllifi olduğu “Gözəlliklər yolunda” (“Along the way of splendour”) kitabını hədiyyə verib.

Sonra qonaqlar muzeyin eksponatları ilə yaxından tanış olublar.

Son xəbərlər

Orphus sistemi