Tahir Əmiraslanov: “Orxan Fikrətoğlunu çoxdan tanıyıram” - YENİLƏNİB

Tahir Əmiraslanov: “Orxan Fikrətoğlunu çoxdan tanıyıram” - YENİLƏNİB “Bu barədə heç bir şərh verməyəcəyəm. Milli Kulinariya Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyindədir və bütün məlumatları da oradan öyrənin”.
Mədəniyyət siyasəti
13 May , 2022 13:40
Tahir Əmiraslanov: “Orxan Fikrətoğlunu çoxdan tanıyıram” - YENİLƏNİB
Tahir Əmiraslanov

Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən çıxarılması ilə bağlı feysbuk səhifəsində paylaşım edib.

“Report”un məlumatına görə, paylaşımda deyilir:

“Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir. Zəhmət olmasa sözlərimi yozmayın.

Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər.

Mən Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birlyinin prezidentiyəm və bu təşkilatlarən fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram. Orxan Fikrətoğlunu çoxdan tanıyıram, aramızda salam var. Ona yeni işində uğur arzulayıram. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqvilə var, müqavilə 2019-cu ildə yenilənmişdi.

Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiyasiya müqaviləni dəstəkləyir”.

11:39

“Bu barədə heç bir şərh verməyəcəyəm. Milli Kulinariya Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyindədir və bütün məlumatları oradan öyrənin”.

Bunu “Report”un əməkdaşına Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin direktoru vəzifəsindən çıxarılması barədə suala cavabında deyib.

O qeyd edib ki, Milli Kulinariya Assosiasiyasının rəhbəri kimi fəaliyyətini davam etdirəcək: “Bu vəzifəmdə nə zamana kimi qalacağımı da bilmirəm”.

Dövlət Turizm Agentliyindən isə mövzu ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, Milli Kulinariya Mərkəzinin Baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

Son xəbərlər

Orphus sistemi