Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib "Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.
Mədəniyyət siyasəti
9 Oktyabr , 2024 18:03
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

"Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.

"Report" xəbər verir ki, bu barədə Şuşa şəhərində keçirilən ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyasında müzakirə aparılıb.

İclasda mədəni irsin bərpa edilməsində Azərbaycan təcrübəsinin bütün dünyada postmünaqişə zonalarında mədəni irsin canlandırılması üçün unikal model olduğu vurğulanıb.

Müzakirələrdən sonra komitə üzvləri tərəfindən Azərbaycanın “Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın İslam Dünyası İrsinin İlkin Siyahısına salınması barədə qərar qəbul edilib. Bununla da adıçəkilən nominasiyaların növbəti illərdə İslam Dünyasının İrs Siyahısına daxil edilməsi üçün zəmin yaranıb.

Qeyd edək ki, Mərakeş Krallığının paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında (2019) ölkəmizdən İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri ICESCO-nun İslam Dünyasının İrs Siyahısına salınıb.

Son xəbərlər

Orphus sistemi