“Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” start götürüb

“Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” start götürüb Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” start götürüb.
Mədəniyyət siyasəti
25 Noyabr , 2022 20:20
“Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” start götürüb

Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” start götürüb.

"Report" xəbər verir ki, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxışında bildirib ki, festivalın məqsədi pandemiyadan sonra teatrımıza yeni nəfəs vermək idi:

"Festivalın çox zəngin proqramı var. Bu il festivalda xaricdən dəvət olunmuş mütəxəssislər də var ki, bu da bizim üçün yenilikdir".

Tədbir milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.

Festivalın müsabiqə proqramına daxil edilən 12 ekran işi Təşkilat komitəsinə göndərilən 20-dən artıq tamaşa arasından seçilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.

Bundan əlavə, festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyni adlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.

Festival çərçivəsində 24 noyabr tarixində Azərbaycan Respublikasının Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzusunda treninqi keçirilib.

Son xəbərlər

Orphus sistemi