Yuxarı

Serb müğənni "Sarı gəlin" mahnısını Azərbaycan dilində ifa edib - VİDEO

Belqradda rusiyalı fotoqraf İlmarın Belqrad simaları adlı sərgisinin açılışı olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiyalı fotoqraf İlmarın Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan "Belqrad simaları" adlı sərgisinin açılış mərasimində Azərbaycanın milli mahnısı olan "Sarı gəlin" səsləndirilib.

"Report" Serbiya KİV-inə istinadən xəbər verir ki, "Sari gəlin"i NIT qrupunun xanım müğənnisi İvana Muncu Azərbaycan dilində oxuyub.

Açılış mərasimində "Sarı gəlin"lə yanaşı, serb və rus dillərində xalq mahnıları ifa olunub.

Qeyd edək ki, sərgidə müxtəlif yaş, peşə və millətlərin nümayəndələrinin şəkilləri nümayiş olunub. Bununla Belqrad ahəngdarlığının harmonik mozaikası yaradılıb. Serbiya paytaxtında yaşayan azərbaycanlı Nərgiz Məmmədovanın da iştirak etdiyi sərgidə, həmvətənimiz tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verib və serb oxuculara Azərbaycan milli mətbəxi haqqında kitab təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi