Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı başlayıb - FOTO

Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı başlayıb - FOTO Konfransa TÜRKSOY-un sədri Düsen Kaseinov rəhbərlik edir
Mədəniyyət siyasəti
1 Dekabr , 2016 11:34
Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı başlayıb - FOTO

Şəki. 1 dekabr. REPORT.AZ/ Şəkidə 34-cü TÜRKSOY Daimi Şurasının toplantısı öz işinə başlayıb.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, konfransa TÜRKSOY-un sədri Düsen Kaseinov iştirak edir. 

Toplantıya rəhbərlik edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, il ərzində Şəkidə TÜRKSOY xətti ilə bir sıra tədbirlərin baş tutduğunu və bu gün yekun vurulur.

Konfrans çərçivəsində bir sıra təsviri sənət ustalarının, rəsm sərgisinin açılışı gözlənilir. 

Daha sonra Mətbuat konfransı, mükafatlandırma və “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin bağlanış mərasimi olacaq.

Son xəbərlər

Orphus sistemi