Yuxarı
    Bağlamaq

    Şəki Mədəniyyət Mərkəzi və Şəki Xan sarayı YUNESKO-nun Ümumdünya İrsi Siyahısına düşməyə namizəddir

    Krakovda Ümumdünya İrs Komitəsinin 41-ci iclası işinə başlayıb© unesco.org

    Bakı. 4 iyul. REPORT.AZ/ İyulun 3-də Polşanın Krakov şəhərindəki Vavel kral qəsrində bir çox tanınmış şəxslərin iştirakı ilə Ümumdünya İrsi Komitəsinin 41-ci iclasının açılış mərasimi keçirilib.

    "Report" YUNESKO-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə təxminən min nəfər iştirak edib. Açılış mərasimində Polşanın prezidenti Ancey Duda, baş nazirinin müavini, mədəniyyət və milli irs naziri Pyotr Qlinski, YUNESKO-nun baş direktoru İrina Bokova, YUNESKO-nun İcraiyyə Şurasının sədri Maykl Uorbs, Krakov şəhərinin meri Yatsek Mayxrovski və Ümumdünya İrsi Komitəsinin sədri Yatsek Purxla çıxış edib.

    Sessiya çərçivəsində Yatsek Purxlanın sədrliyi ilə Ümumdünya İrsi Komitəsi artıq Ümumdünya İrsi Siyahısına daxil edilmiş 99 obyektin qorunması məsələsini və Ümumdünya İrsi Siyahısındakı təhlükə altında olan 55 obyektin durumunu qiymətləndirəcək.

    Ümumdünya İrsi Komitəsi həmçinin YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olmağa nazmizəd olan 35 ərizəyə də baxacaq. Bu namizədlər arasında Şəki Mədəniyyət Mərkəzi və Şəki Xan sarayı da var.

    Komitənin işi iyulun 12-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi