UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində İndoneziyanın Savahlunto kömür mədəni ilə bağlı təqdim etdiyi nominasiya müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, müzakirələr zamanı kömür mədəninin siyahıya daxil edilməsinə etiraz olunmadığı qeyd edilib.
Səsvermə ilə İndoneziyanın Savahlunto kömür mədəni UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.