Yuxarı

​Şamaxıda meksikalı rəssamın sərgisi keçirilib

Bundan əvvəl rəssamın sərgiləri Bakı, Gəncə, Mingəçevir və Qəbələ şəhərlərində olub

Bakı. 21 iyun. REPORT.AZ/ Şamaxı şəhərində meksikalı rəssam Marqarita Moralesin “Rənglər simfoniyası” adlı sərgisi keçirilib.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, sərgi Şamaxı Rayon Mədəniyyət Mərkəzində baş tutub.

Bundan əvvəl rəssamın sərgiləri Bakı, Gəncə, Mingəçevir və Qəbələ şəhərlərində keçirilib.

Sərgilər Meksikanın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlığı nəticəsində təşkil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi